Avtomobil ağaca çırpılıb, xəsarət alan var


Digərləri 02 Fev 2018 08:47:00 229 0

Avtomobil ağaca çırpılıb, xəsarət alan var

Gəncədə avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Cavad xan qəsəbəsinə gedən yolda baş verib. Hərəkətdə olan "Mercedes" markalı avtomobil yolayrıcıda idarəetməni itirərək ağaca çırpılıb. Qəza zamanı sürücü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.