Fədayə Laçının vəkili üzləşdirmədən danışdı: Olmayıb


Şou-biznes 02 Fev 2018 07:57:00 227 0

Fədayə Laçının vəkili üzləşdirmədən danışdı: Olmayıb

Həbsdə olan müğənni Fədayə Laçınla bağlı hələ ki heç bir istintaq hərəkətləri aparılmır.

Son.az bildirir ki, bu barədə Trend-ə açıqlamasında F.Laçının vəkili Türkel Süleymanlı deyib.

Vəkilin sözlərinə görə, cinayət işi ilə bağlı Fədayə Laçının iştirakı ilə istintaq hərəkətləri aparılmayıb: "Hələ ki, Fədayə Laçın iş üzrə saxlanılan şəxslərin heç biri ilə üzləşdirilməyib. Fədayə Laçının bir vəkili var, o da mənəm. Mənim iştirakım olmadan Fədayə xanımla bağlı heç bir istintaq hərəkəti, üzləşmə aparıla bilməz. Vəkili olduğum vaxtlarda Fədayə Laçın heç kimlə üzləşdirilməyib".