Qərargah: "Zeytun budağı" çərçivəsində 21 terrorçu məhv edilib


Dünya 02 Fev 2018 08:03:00 254 0

Qərargah: "Zeytun budağı" çərçivəsində 21 terrorçu məhv edilib

Türkiyə Silahlı Qüvvələri cümə axşamı günü "Zeytun budağı" əməliyyatı çərçivəsində 21 terrorçunu məhv edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə SQ-nin Baş Qərargahının bəyanatında bildirilir.

"Suriyanın Afrin şəhərində keçirilən əməliyyat nəticəsində cümə axşamı günü PYD/YPG/PKK və İŞİD terror qruplaşmalarının 21 üzvü məhv edilib. HHQ-i 14 mövqeyə zərbələr endirib. Məhv edilən terrorçuların ümumi sayı 811-ə çatıb", deyə məlumatda bildirilir.