Danışan balinalar VİDEO


Digərləri 02 Fev 2018 07:55:00 300 0

Danışan balinalar  VİDEO

Yeni elmi araşdırmalar dünyanın bütün okeanlarında rast gəlinən qatil balinaların qəribə xüsusiyyətini ortaya qoyub.

Son.az xəbər verir ki, alimlər qatil balinaların insan səsinə bənzər səslər çıxara bildiyini üzə çıxarıb.

Araşdırmada üzərində analizlər aparılan 14 yaşlı "Viki" adlı balina ingiliscə "salam", "Amy" və "bay bay" kimi sözləri təqlid edib. Əlavə olaraq, 3-ə qədər saymağı da bacarıb.

"Guardian"ın xəbərinə görə, bu balinaların bəziləri ilk cəhddə, bəziləri isə bir neçə sınaqdan sonra insanları təqlid edə bilirlər.

"P​roceedings of the Royal Society B: Biological Sciences" adlı dərgidə yayımlanan araşdırmada qatil balinaların digər növdən olan balinaları, həmçinin, dəniz şirləri və buynuzlu delfinləri də təqlid edə bildiyi bildirilib.