Los-Anceles məktəbində atışma zamanı iki şagird yaralanıb


Dünya 02 Fev 2018 05:20:32 507 0

Los-Anceles məktəbində atışma zamanı iki şagird yaralanıb

Zərərçəkənlər 15 yaşlı qız və oğlandır

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərindəki məktəblərdən birində baş verən silahlı insident nəticəsində iki şagird yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Yaralananlar 15 yaşlı qız və oğlandır. Onlar xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyəti barədə məlumat yoxdur.

Polis nümayəndələri cinayətdə şübhəli bilinən şəxsin saxlanıldığını təsdiq etsələr də, bu barədə başqa məlumat verməyiblər.

Sonradan Los-Anceles polis idarəsinin "Twitter" səhifəsində qız və oğlan olduğu qeyd olunmayan 12 yaşlı uşağın saxlanıldığı barədə məlumat yerləşdirilib.