Mingəçevirdə yol qəzasında ağır xəsarət alan sürücü dünyasını dəyişib


Sosial 02 Fev 2018 04:25:19 294 0

Mingəçevirdə yol qəzasında ağır xəsarət alan sürücü dünyasını dəyişib

Həkimlər onun həyatını xilas etmək üçün 5 gün səy göstəriblər

Mingəçevirdə 5 gün öncə yol qəzasında ağır xəsarət almış sürücü xəstəxanada vəfat edib.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə yanvarın 27-də şəhərin Samux küçəsində qeydə alınıb.

Yerli sakin İsgəndərov Füzuli Saday oğlu “VAZ-2107” markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib və beton işıq dirəyinə çırpılaraq ağır kəllə-beyin travması alıb.

Yaralı xəstəxanaya yerləşdirilsə də, həkimlərin bütün səylərinə baxmayaraq, fevralın 1-də keçinib.