Azərbaycan və Palau arasında diplomatik münasibətlərin qurulması barədə birgə kommunike imzalanıb


Siyasət 01 Fev 2018 23:29:05 261 0

Azərbaycan və Palau arasında diplomatik münasibətlərin qurulması barədə birgə kommunike imzalanıb

Sənədə hər iki ölkənin BMT yanında daimi nümayəndələri imza atıb

Fevralın 1-də Nyu-York şəhərində Azərbaycan Respublikası və Palau Respublikası arasında diplomatik əlaqələrin qurulmasına dair birgə kommunike imzalanıb.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, sənədə əsasən, diplomatik əlaqələrin yaradılması iki ölkə və xalq arasında qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq etmək niyyətindən irəli gəlir, BMT Nizamnaməsi və beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyü və dövlətlərin daxili işlərinə qarışmama prinsipləri rəhbər tutulur.

Birgə kommunikeni hər iki ölkənin BMT yanında daimi nümayəndələri Yaşar Əliyev və Ngedikes Olai Uludong imzalayıblar.