Qulaq çubuğunda olan 5 təhlükə


Digərləri 01 Fev 2018 23:20:00 291 0

Qulaq çubuğunda olan 5 təhlükə

Qulaq yolunda cızıq ya da zədələnmə meydana gələ bilər.

Xüsusilə yaz aylarında hovuz, dəniz və duş qəbul edən vaxt su ilə təmas artanda qulağı tez-tez təmizləməyə ehtiyac hiss edən və qulaq çubuğu ilə təmizləyən insanlar, qulaq yolunda gözlə görülməyən bəzi cızıqlara, zədələnmələrə yol aça bilər. Həmin zədələnmələr və çatlar da çirkli maddələrin qulaq yolunda iltihaba səbəb ola bilər, bununla da qulaq çox asan infeksiyaya tutula bilər.

Qulaq çirki daha da dibə gedə bilər

Son.az deyerler.org-a istinadən bildirir ki, normal halda qulaq yolu qəhvəyi rəngdə maddə ifraz edir. Qulaq yolunu infeksiyalardan qoruyan bu ifrazat qulaq yolu tərəfindən çölə atılır. Amma biz onu gündəlik həyatımızda görməyə bilərik. Çölə atılmasında problem olarsa, bu ifrazat içəridə yığıla bilər. Yığılan ifrazatı, qulaq çubuğu ilə təmizləməyə çalışanda, tam əksi baş verə bilər və yığılan ifrazat daha da dərinliyə gedərək orada kütlənin yığılmasına yol aça bilər, və qulaq yolu kanalı bağlana bilər.

Eşitmə qabiliyyətinin itməsinə yol aça bilər

Qulaq təbii quruluşu ilə özünü təmizləmə xüsusiyyətinə malikdir. Qulaq çirkləri, əslində düşündüyümüzün əksinə olaraq qulağımız üçün faydalıdır. Ancaq qulaq çubuğu ilə bu faydalı çirklərə müdaxilədə edərək zərər verə bilərik. Məsələn qulaq çubuğunu istifadə edərkən qulaq tıxanmalarına, hətta eşitmə qabiliyyətinin itməsinə səbəb ola bilərik.

Qulaq pərdəsini deşə bilərik