Azərbaycanda müğənnilərin ləhcə ilə oxuması monitorinq olunacaq


Şou-biznes 01 Fev 2018 23:05:00 225 0

Azərbaycanda müğənnilərin ləhcə ilə oxuması monitorinq olunacaq

Müğənnilərin, ifa etdikləri mahnılarda Azərbaycan dilinin qaydalarına əməl edib-etmədikləri araşdırılacaq.

Bu barədə BBC Azərbaycancaya Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva deyib.

"Bəzən müğənnilərin oxumağından, ifasından bilirik ki, hansı bölgənin nümayəndəsidir"- Sevinc Əliyeva bildirir.

Onun sözlərinə görə, monitorinqə ölkənin televiziya və radiolarında səslənən müasir Azərbaycan müğənnilərinin mahnıları cəlb olunacaq.

Sevinc Əliyeva vurğulayır ki, istər xalq, istər bəstəkar mahnılarında tələffüz "Azərbaycan ədəbi dilinə köklənməlidir".