Salyan sakinindən 48 qramdan artıq tiryək aşkarlanaraq götürülüb - FOTO


Sosial 01 Fev 2018 21:56:15 272 0

Salyan sakinindən 48 qramdan artıq tiryək aşkarlanaraq götürülüb - FOTO

O, rayon polisinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat tədbirləri zamanı tutulub

Salyan rayon Polis şöbəsi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib.

“Report”un Aran bürosu xəbər verir ki, əməliyyat zamanı Salyan şəhər sakini, 1994-cü il təvəllüdlü Fərəcov Seyfəddin Xanoğlan oğlu şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli yarımqol dəri gödəkçəsinin sol yan cibindən 7 ədəd sellofan bükümdə, təmiz çəkisi 19,577 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Sonra onun idarə etdiyi “VAZ-2106” markalı "10-KC-147" dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 28,606 qram narkotik maddə və 1 ədəd elektron tərəzi aşkarlanıb.

Faktla bağlı Salyan rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.