Uşaqlara dərman satışı qadağan edildi:


Digərləri 01 Fev 2018 21:52:00 285 0

Uşaqlara dərman satışı qadağan edildi:

Milli Məclis Azərbaycanda 14 yaşı tamam olmayan şəxslərə dərman vasitələrinin satışını qadağan edən dəyişikliyi qəbul edib

.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, parlamentin bu gün keçirilən plenar iclasında "Dərman vasitələri haqqında" qanuna dəyişiklik müzakirə edilib.

Dəyişikliyə görə, 13-cü maddəyə yeni bənd əlavə edilib. Həmin bəndə əsasən, 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan olunub.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.