Obyektlərdən minimum 5 metr məsafədə...


Digərləri 01 Fev 2018 21:13:00 234 0

Obyektlərdən minimum 5 metr məsafədə...

Həyat mənbəyi olan yaşıllıqlar salınarkən obyektlərdən müəyyən ara məsafəsi saxlanılacaq. Nazirlər Kabineti tərəfindən ağac və kolların əkilməsi zamanı müəyyən infrastruktur və obyektlərdən minimal məsafə müəyyənləşib. Artıq bununla bağlı qaydalar da təsdiq olunub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bundan sonra bina və obyektlərin eləcə də, yeraltı şəbəkələrin yaxınlığında ağac əkilərkən bəzi qaydalara əməl etmək lazım olacaq.Çünki, Nazirlər Kabineti tərəfindən ağac və kolların əkilməsi zamanı onların bina, qurğu, infrastruktur, mühəndis və başqa obyektlərdən minimal yerləşdirilməsi məsafəsi müəyyənləşib.Artıq bununla bağlı qaydalar da təsdiq olunub.

Qaydalara əsasən yaşıllıqlar obyektlərdən müəyyən məsafədə salınmalıdır.

Bununla yanaşı yeni qaydaya əsasən, ağacların gövdəsi və kolun kökü səki və bağ yollarının kənarlarından 0,7 metr və 0,5 metr, yolun keçid hissəsinin kənarlarından, yol çiyinlərindən və ya xəndəklərin kənarından 2 metr və 1 metr, işıqlandırma dirək və dayaqlarından 1metr və 0,5 metr məsafədə aralı olmalıdır.

Nazirlər Kabinetinin təsdiq etdiyi qaydada digər bir məsələ isə, dəmiryolu xətlərinin yaxınlığında salınan yaşıllıqlarla bağlıdır.Belə ki, yeni qaydaya əsasən ağacın gövdəsi dəmiryolu xəttinin kənarından ən azı 3 və 5 metr aralı məsafədə olmalıdır.Yaşıllaşdırma Təsərrüfatı birliyinin bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyir ki,əksər hallarda vətəndaşlar ağacları yaşayış binasınnı düz yaxınlığında əkdiyindən bu sonradan bəzi probelmlərin ortaya çıxmasına səbəb olur.