Abşeronda quldurluq hadisəsinin


Digərləri 01 Fev 2018 21:14:00 308 0

Abşeronda quldurluq hadisəsinin

Abşeron rayon polis idarəsinin əməkdaşları quldurluqda şübhəli bininən cinayətkar dəstəni ifşa edib. Saxlanılan üç nəfər taksi sürücüsünə bıçaqla xəsarət yetirərək pul və mobil telefonunu alıblar.

Müştəri kimi taksiyə əyləşən şəxslər mənzil başına çatanda sürücüyə qarşı ağır cinayət törədiblər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə gecə saatlarında Abşeron rayon Xırdalan şəhərində baş verib. Elxan Veyisov ''102'' zəng mərkəzinə məlumat verib ki, taksi fəaliyyəti göstərərkən Səbail rayonu ərazisində üç nəfər onun avtomobilinə müştəri kimi əyləşərək Xırdalana aparmalarını xahiş ediblər. Deyilən ünvana çatanda həmin şəxslər bıçaqla sürücüyə xəsarət yetirib onun pulunu və mobil telefonunu alıblar.

Abşeron rayon polis idarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri ilə şübhəli kimi Xırdalan sakini Tərlan Şahkərimov, Quba sakinləri Elvin Babayev və Murad Əşrəfovu saxlayıb. Saxlanılan Tərlan Şahkərimovun sözlərinə görə, həmin gün şəhərə gəzməyə çıxıblar. Pulları olmadığından quldurluq etmək qərarına gəliblər. Axşamın düşməsini gözləyən dostlar hədəf kimi taksi sürücüsünü seçiblər.

Bir həyətdə kirayədə yaşayan Tərlan Şahkərimov, Murad Əşrəfov və Elvin Babayev taksi sürücüsündən aldıqları 9 manata ərazaq alıblar. Mobil telefon isə Tərlan Şahkərimovda qalıb.