Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasının gündəliyi açıqlanıb


Digərləri 01 Fev 2018 19:17:00 210 0

Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasının gündəliyi açıqlanıb

Brüsseldə keçiriləcək Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasının gündəliyi açıqlanıb.

Bakı. Brüsseldə fevralın 9-da keçiriləcək Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasının gündəliyi açıqlanıb. Trend-in Avropa İttifaqı Şurasının saytına istinadən məlumatına görə, E.Məmmədyarov və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin sədrliyi ilə keçiriləcək iclasda tərəflər "Şərq Tərəfdaşlığı" və "Avropa Qonşuluq Siyasəti" proqramı çərçivəsində mövcud münasibətlərin vəziyyətini müzakirə edəcəklər. Müzakirələrdə Avropa İttifaqı-Azərbaycan ikitərəfli sazişi üzrə aparılan danışıqlar, iqtisadi və ticarət əməkdaşlığı və Azərbaycanda iqtisadi islahatlar kimi məsələlər müzakirə olunacaq. Əməkdaşlıq Şurasının üzvləri "Cənub Qaz Dəhlizi"nə dair məsələlərin müzakirəsi daxil olmaqla enerji əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparacaqlar. Mülki aviasiya razılaşmasına dair danışıqlar da müzakirə olunacaq. E.Məmmədyarov və F.Mogerini demokratiya, qanunun aliliyi və insan hüquqları kimi siyasi məsələləri də müzakirə edəcək. Eyni zamanda tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə və bir sıra digər regional məsələlərə toxunacaqlar. Qeyd edək ki, Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclası 2013-cü ildə keçirilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin