Cocuq Mərcanlıda yeni yem emalı məntəqəsi açılacaq FOTO


Digərləri 01 Fev 2018 17:21:00 229 0

Cocuq Mərcanlıda yeni yem emalı məntəqəsi açılacaq  FOTO

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) fevralın 2-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni yem emalı məntəqəsinin açılışını edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, yeni yem emalı və toxum təmizləmə məntəqəsi Cocuq Mərcanlı və ətraf kənd sakinlərinə mal-qara üçün yem hazırlamağa kömək edəcək. Yem emalı məntəqəsi açılmamışdan öncə sakinlərin əksəriyyəti çox hallarda baha başa gələn yemi almaq üçün ən yaxın məntəqəyə uzun yol qət etməli olurdular. İndi isə yerli sakinlər yemi münasib qiymətə öz icmalarında əldə edə biləcəklər. Bu yeni məntəqə Cocuq Mərcanlı və ətraf üç kəndin maldarlıq və kənd təsərrüfatı ilə məşğul olan 3100-dən çox sakinin vaxtına, puluna və enerjisinə qənaət etməyə kömək edəcək.

Həmin yem emalı məntəqəsini tikmək ideyası USAID-in missiya direktoru Mikaela Meredisin 2017-ci ilin fevral ayında Cocuq Mərcanlı kəndinə səfərindən sonra kənd sakinlərinin özlərindən gəlib. Yerli icma üzvləri mümkün variantları və faydaları müzakirə edib yem emalı məntəqəsini tikmək qərarına gəlmişdilər. Bu layihə ABŞ və Azərbaycan hökumətinin birgə maliyyələşdirməsi ilə Şərq-Qərb İdarəçilik İnstitutu (EWMI) tərəfindən həyata keçirilib.


Xəbərə aid fotolar