Berluskoni: "Bir hücumçu ilə meydana çıxmaq "Milan"ın çatışmazlığıdır"


İdman 01 Fev 2018 17:13:00 266 0

Berluskoni: "Bir hücumçu ilə meydana çıxmaq "Milan"ın çatışmazlığıdır"

"Milan"ın sabiq prezidenti Silvio Berluskoni komandanın hazırki vəziyyəti barədə fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, İtaliyann keçmiş baş naziri bunları deyib:

"Onların "Lazio" ilə matçını izlədim. Pis oynamadılar. 30 il ərzində uğur qazandığımız sistemdə 2 hücumçu vardı. Hələ də düşünürəm ki, 1 hücumçu ilə meydana çıxmaq "Milan"ın çatışmazlığıdır. Bunu desəm də, mənə qulaq asmadılar.

Hər oyundan əvvəl komandanı ruhlandırmaq üçün stadionda olmağa çalışırdım. Onlara vurulacaq qolların sayını deyərdim. Futbol komandası ailə, prezident ata və ya böyük qardaş kimi olmalıdır. Bütün komanda prezidentə güvənməlidir. Mən digər klub rəhbərlərinə misal ola bilərəm".