Hafiz Hacıyevin Aslan İsmayılova qarşı iddiası əsasında məhkəmə başlayıb


Sosial 01 Fev 2018 16:15:58 292 0

Hafiz Hacıyevin Aslan İsmayılova qarşı iddiası əsasında məhkəmə başlayıb

Məhkəmənin növbəti iclası fevralın 6-na təyin edilib

Bu gün Səbail Rayon Məhkəməsində Müasir Musavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin hüquqşünas Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hər iki şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 6-na təyin edilib.

Qeyd edək ki, MMP-nın sədri H.Hacıyev hüquqşünas A.İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, müraciətində bildirib ki, A.İsmayılov onun şərəf və ləyaqətini alçaldıb və buna görə hüquqşünasın Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib. A.İsmayılov da eyni maddələrlə onu məhkəməyə verib.