ATƏT-in fəaliyyətdə olan sədri: "Minsk qrupu formatı Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə yeganə format deyil"


Siyasət 01 Fev 2018 16:01:48 312 0

ATƏT-in fəaliyyətdə olan sədri: "Minsk qrupu formatı Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə yeganə format deyil"

İtaliya XİN başçısı: "Mövqeyimiz ATƏT-in əvvəlki sədrinin siyasətini davam etdirir"

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupu formatını yeganə mümkün format hesab etmir.

"Report" TASS-a istinadən xəbər verir ki, A.Alfano bu barədə rusiyalı həmkarı Sergey Lavrovla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

"ATƏT-in Minsk qrupunun həmsədrlərinin etdiklərini dəstəkləyirik. Eyni zamanda hesab etmirik ki, bu yeganə mümkün formatdır. Amma hesab edirik ki, mövqeyimiz ATƏT-in əvvəlki sədrinin (Avstriya - red.) siyasətini davam etdirir. Düşünürük ki, bu, ədalətlidir", - ATƏT-in fəaliyyətdə olan sədr deyib.