Rusiya FHN rəhbəri: "Əminik ki, "Vostok" gəmisinin ekipajı sağdır"


Digərləri 01 Fev 2018 15:55:00 255 0

Rusiya FHN rəhbəri: "Əminik ki, "Vostok" gəmisinin ekipajı sağdır"

"Yapon dənizində batan "Vostok" balıqçı gəmisinin axtarışları davam etdiriləcək".

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov deyib. O bildirib ki, "Vostok" gəmisinin axtarışları nə qədər lazımdırsa, o qədər davam edəcək: "Əminik ki, gəminin ekipajı sağdır. Xilasetmə əməliyyatını nə qədər tələb olunrusa, o qədər aparacağıq".

Nazir hazırda genişmiqyaslı axtarış əməliyyatının həyata keçirildiyini, FHN-nin aviasiyasının hadisə yerində işlədiyini söyləyib. Onun sözlərinə görə, rayonda müşahidə olunan hava şəraiti xilasedicilərin işini çox çətinləşdirir.   Qeyd edək ki, Yapon dənizində batan "Vostok" balıqçı gəmisində Rusiya vətəndaşı olan azərbaycanılar - Mübariz Hüseynov və Ruslan Əlizadə də olub.