"Peşə təhsili haqqında" qanun layihəsi birinci oxunuşda qəbul edildi


Digərləri 01 Fev 2018 15:24:00 430 0

"Peşə təhsili haqqında" qanun layihəsi birinci oxunuşda qəbul edildi

"Peşə təhsili haqqında" qanun layihəsi Milli Məclisin iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bir sıra deputatlar bu qanun layihəsinin Azərbaycanda peşə təhsilinin inkişaf etdirilməsi, müxtəlif sahələrdə mütəxəssislər hazırlanması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycanda peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.