"Barcelona"nın müdafiəçisi cəzalandırıla bilər


İdman 01 Fev 2018 15:05:00 314 0

"Barcelona"nın müdafiəçisi cəzalandırıla bilər

La Liqa "Barcelona"nın müdafiəçisi Jerar Pikenin yanvarın 25-də "Espanyol"la oyundan sonra verdiyi açıqlamanı araşdıracaq. Goal.az xəbər verir ki, 30 yaşlı futbolçu sözlərinə görə cəzalanrıla bilər. İspaniya Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasından sonra Pike "Espanyol"u Kornelya təmsilçisi kimi təqdim etmişdi. Kornelya Barselona şəhərinin cənub-qərbində yerləşən yaşayış məntəqəsidir. Pike "Barcelona" ilə müqaviləsini yeniləyəndən sonra keçirilən mətbuat konfransında da bu fikrini təsdiqləmişdi. Yaxın vaxtlarda İntizam komitəsi ona cəza verib-verməməyi nəzərdən keçirəcək.