Kapital Bank filiallarında bağlanan bankın əmanətləri qaytarılacaq


Digərləri 01 Fev 2018 14:55:39 309 0

Kapital Bank filiallarında bağlanan bankın əmanətləri qaytarılacaq

Məlumat üçün bildiririk ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, DəmirBank-da qorunan əmanətlərin kompensasiyalarının verilməsi üçün agent-bank qismində Kapital Bank seçilib.

Lisenziyası ləğv edilmiş DəmirBank-ın sığortalanan əmanətləri 1 fevral 2018-ci il tarixindən başlayaraq, Kapital Bank-ın bu filiallarında qaytarılacaq: Nərimanov, 28 may, Cəfər Cabbarlı, Nizami, Bakıxanov, Binəqədi, Şuşa, Qubadlı, Gəncə, Şəmkir, Bərdə, Yevlax, Göyçay, Ağdaş, Lənkəran, Masallı, Quba, Qusar, Şamaxı, Ağsu, İmişli, Sabirabad, Beyləqan, Şəki, Zaqatala və Qazax.