Kapital Bank-ın bu filiallarında bağlanan bankın əmanətləri qaytarılacaq
Digərləri 01 Fev 2018 14:47:14 258 0
Kapital Bank-ın bu filiallarında bağlanan bankın əmanətləri qaytarılacaq.
Bakı.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, DəmirBank-da qorunan əmanətlərin kompensasiyalarının verilməsi üçün agent-bank qismində Kapital Bank seçilib.
Kapital Bank-dan Trend-ə verilən məlumata görə, lisenziyası ləğv edilmiş DəmirBank-ın sığortalanan əmanətləri 1 fevral 2018-ci il tarixindən başlayaraq, Kapital Bank-ın bu filiallarında qaytarılacaq:
Nərimanov, 28 May, Cəfər Cabbarlı, Nizami, Bakıxanov, Binəqədi, Şuşa, Qubadlı, Gəncə, Şəmkir, Bərdə, Yevlax, Göyçay, Ağdaş, Lənkəran, Masallı, Quba, Qusar, Şamaxı, Ağsu, İmişli, Sabirabad, Beyləqan, Şəki, Zaqatala və Qazax.
Mənbə: az.trend.az