Ermənistanda müxalif blok parlamentin daimi komissiyasının iclasını boykot edib


Dünya 01 Fev 2018 14:33:44 308 0

Ermənistanda müxalif blok parlamentin daimi komissiyasının iclasını boykot edib

Buna səbəb komissiyanın sədri Xosrov Arutyunyanın davranışıdır

“Tsarukyan” fraksiyası Ermənistan parlamentinin İqtisadiyyat üzrə daimi komissiyasının iclasını boykot edib.

“Report” “Jamanak”a istinadən xəbər verir ki, fraksiyanın bu addımı atmasına səbəb komissiyanın sədri Xosrov Arutyunyanın davranışıdır.

Komissiyanın 5 üzvü “Tsarukyan” blokunun təmsilçisidir. Boykota komissiyanın sədr müavini, fraksiyanın üzvü Arqam Abraamyan, parlament sədrinin müavini, komissiyanın üzvü Mikael Melkumyan da qoşulub.

Etirazçılar bildiriblər ki, komissiya sədri fraksiyanın təqdim etdiyi qanun layihələrini müzakirəyə çıxarmaqdan imtina edir. Bu yaxınlarda M.Melkumyan tərəfindən təqdim olunan qanun layihəsi də müzakirəyə çıxarılmayıb.

Xosrov Arutyunyan onun təqdim etdiyi layihəyə toxunaraq deyib: “Bu layihəni universitetin iqtisadiyyat fakültəsinin ikinci kurs tələbəsi belə təqdim etməzdi”.

Qeyd edək ki, “Tsarukyan” fraksiyası müxalifət sayılır.