Açıq məkanda reklamları icazəsiz dəyişdirənlər cərimələnəcəklər


Digərləri 01 Fev 2018 14:30:33 232 0

Açıq məkanda reklamları icazəsiz dəyişdirənlər cərimələnəcəklər

Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə olunması müzakirə olunub.

Son.az APA-ya istinadən xəbər verir ki, təklif edilən 395.0.7-ci maddəyə əsasən, "Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan ölçülərindən asılı olmayaraq, açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına və onlara konstruktiv dəyişikliklərin edilməsinə" görə cərimələr müəyyənləşdirilir.

Buna görə fiziki şəxslər 300 manatdan 500 manata, vəzifəli şəxslər 1500 manatdan 2500 manata, hüquqi şəxslər isə 10 000 manatdan 15 000 manata qədər cərimələnəcəklər.