Yuxudaykən evinə raket düşüb ölən 17 yaşlı qız dəfn edildi FOTO


Dünya 01 Fev 2018 14:26:00 275 0

Yuxudaykən evinə raket düşüb ölən 17 yaşlı qız dəfn edildi  FOTO

Onun ən böyük arzusu universitetə girmək idi

Ötən gün Afrindən Türkiyənin Hatay şəhərinin Reyhanlı qəsəbəsinə 2 raket atılıb. Raketlərdən biri evə düşüb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb. YPG-li terrorçuların Afrindən atdığı raketin evə düşməsi nəticəsində ölən şəxs 17 yaşlı Fatma adlı qızdır.

Son.az Sabah-a istinadla xəbər verir ki, o, yuxudaykən ölüb. Fatma bu gün torpağa tapşırılıb.

Rəfiqələrinin dediyinə görə onun ən böyük arzusu universitetə girmək idi.