"Harri və Lukaku arasında fər q o qədər aydındı ki..."


İdman 01 Fev 2018 14:30:00 338 0

"Harri və Lukaku arasında fər q o qədər aydındı ki..."

İngiltərə Premyer Liqasının 25-ci turunda "Tottenham"in qonağı olan "Manchester United" 0:2 hesablı məğlubiyyətlə üzləşib. Goal.az xəbər verir ki, oyundan sonra "qırmızı şeytanlar"ın sabiq kapitanı Rio Ferdinand Romelu Lukaku və Harri Keyn arasındakı səviyyə fərqindən danışıb.

"Keyn göstərdi ki, Premyer Liqanın və Avropanın ən yaxşı hücumçularından biridir. O, fiziki baxımdan "United" müdafiəçilərini çox qabaqlayır və komandasına kömək edirdi. Harri və Lukaku arasında fər q o qədər aydındı ki, gözlərimə inana bilmirdim. Keyn topu qəbul edir, onu özündə saxlayır və hücumların qurulmasında iştirak edirdi. Əsl 9 nömrəli futbolçudan məhz bunu gözləyirlər"