Deputat: Azərbaycan torpaqlarının işğalı ilə bağlı qanun layihəsi hazırlanmalıdır


Digərləri 01 Fev 2018 13:43:00 234 0

Deputat: Azərbaycan torpaqlarının işğalı ilə bağlı qanun layihəsi hazırlanmalıdır

Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qanun layihəsi hazırlanmalıdır.

Bakı. Elçin Mehdiyev - Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qanun layihəsi hazırlanmalıdır. Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin yaz sessiyasında deputat Rövşən Rzayev çıxış edib. R.Rzayev ermənilərin Strasburqda AŞ PA-nın qış sessiyası çərçivəsində Dağlıq Qarabağın işğalının 30 illiyini “Demokratik Dağlıq Qarabağ hərəkatı” adı ilə təqdim etdiyini diqqətə çatdırıb. Millət vəkili bunu Azərbaycana qarşı ikili standartlar kimi qiymətləndirib. O təklif edib ki, bu məsələ ilə bağlı ATƏT-in Minsk qrupunun üzvü olan ölkələrə ayrı-ayrılıqda müraciət edilsin. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin