Türkiyə Rusiyadan 52 dinc sakinin qətlində şübhəli bilinən terrorçunun təhvil verilməsini istəyir


Dünya 01 Fev 2018 13:31:11 333 0

Türkiyə Rusiyadan 52 dinc sakinin qətlində şübhəli bilinən terrorçunun təhvil verilməsini istəyir

Mihrac Ural yanvarın 29-30-da Soçidə “Milli Dialoq Konqresi”ndə iştirak edib

Türkiyə 5 il əvvəl ölkənin Hatay əyalətində törədilən və 52 dinc sakinin öldüyü terror aktının əsas təşkilatçılarından olan terrorçunun təhvil verilməsini tələb edib. 

“Report” NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Soçidə Suriya ilə bağlı keçirilən toplantını dəyərləndirərkən bildirib.

Rəsmi Ankaranın Moskvadan ekstradisiyasını tələb etdiyi Türkiyə Xalq Qurtuluş Partiyası-Cəbhəsi (THKP-C) sədri Mihrac Ural yanvarın 29-30-da Soçidə “Milli Dialoq Konqresi”ndə iştirak edib.

“Rusiyanın bizə verdiyi siyahıda bu terrorçunun adı yox idi. Biz onun tutulub təhvil verilməsini tələb etdik. Görünür, Rusiya Prezidenti Vladimir Putinə yanlış məlumat veriblər”, - nazir vurğulayıb.

M.Ural 2013-cü mayın 11-də Türkiyənin Hatay əyalətinin Reyhanlı rayonunda partlayışın törədilməsində şübhəli şəxs olaraq axtarılır.