Türkiyədə terrorçularun hücumu nəticəsində 1 hərbçi şəhid olub, 5-i yaralanıb


Dünya 01 Fev 2018 13:34:09 274 0

Türkiyədə terrorçularun hücumu nəticəsində 1 hərbçi şəhid olub, 5-i yaralanıb

Yaralı hərbçilər Hakkari Dövlət Xəstəxanasına yerləşdiriliblər

Türkiyənin Hakkari əyalətinin Çukurca rayonunda terrorçu PKK qruplaşması silahlılarının hərbi hissəyə hücumu nəticəsində 1 hərbçi şəhid olub, 5-i yaralanıb.

“Report” CNNTürk-ə istinadən xəbər verir ki, PKK terrorçuları Güvən dağında yerləşən hərbi hissəyə İraq tərəfdən hücum ediblər. 

Yaralı hərbçilər Hakkari Dövlət Xəstəxanasına yerləşdiriliblər. 

Bölgədə antiterror əməliyyatı keçirilir.