Oqtay Əsədov deputatlara irad bildirib


Siyasət 01 Fev 2018 13:24:55 268 0

Oqtay Əsədov deputatlara irad bildirib

Milli Məclisin sədri: “Heç olmasa, gündəliyə aid olan məsələlərdən danışaq”

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deputatlara irad bildirib.

“Report”un xəbərinə görə, O.Əsədov deyib ki, bugünkü iclasda hər bir deputat gündəlikdən bir dəqiqə danışıb, müzakirələrə isə 9 dəqiqə vaxt ayırıb. Spiker bunun düzgün olmadığını bildirib: “Heç olmasa, gündəliyə aid olan məsələlərdən danışaq. Hər məsələni qaldırırıq, gündəlik kənarda qalır”.