Azərbaycanda problemli kreditlərin restrukturizasiyası ilə bağlı qanunun qəbulu təklif olunur


İqtisadiyyat 01 Fev 2018 13:25:16 243 0

Azərbaycanda problemli kreditlərin restrukturizasiyası ilə bağlı qanunun qəbulu təklif olunur

Bu təkliflə deputat Əli Məsimli çıxış edib

Azərbaycanda problemli kreditlərin restrukturizasiyası ilə bağlı qanun qəbul olunmalıdır. 

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib. 

Onun sözlərinə görə, ölkədə vaxtı keçmiş kreditlərin xüsusi çəkisi təhlükəsli həddə çatıb və belə bir qanunun qəbulu kredit problemi ilə üzləşmiş insanların gözləntilərinin özünü doğrultmasında mühüm roy oynaya bilər.