Paytaxtda tikinti aparılması ilə bağlı yeni qanun qəbul edilməsi təklif edilir


Digərləri 01 Fev 2018 13:02:00 257 0

Paytaxtda tikinti aparılması ilə bağlı yeni qanun qəbul edilməsi təklif edilir

Bakıda tikinti işlərinin aparılması ilə bağlı yeni qanun layihəsinin qəbul edilməsi təklif edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin deputatıZahid Oruc parlamentin iclasında bildirib ki, Bakıda bir çox istismar müddətini başa vurmuş binalar var:

"Bu binaların yerində yeni binalar tikmək istəyən iş adamları var, ancaq kim necə gəldi, gözəyarı qiymət qoyur və narazılıqlar yaranır. Hesab edirəm ki, bu məsələ ilə bağlı qanun qəbul edilməli və qanunla tənzimlənməlidir".

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, bu məsələ ilə müvafiq icra orqanları məşğul olmalıdır.