“Əksər müğənnilər deyirlər ki, kaş bütün müğənnilər qırılaydı”


Şou-biznes 01 Fev 2018 13:05:00 293 0

“Əksər müğənnilər deyirlər ki, kaş bütün müğənnilər qırılaydı”

"ARB Ulduz"un "Virtual həyat" verilişinin növbəti qonağı əməkdar artist Vasif Məhərrəmli olub. Paxıllığını çəkən insanlardan danışan müğənni bəzi gözü götürməyənlərin onun arxasınca şayiələr belə yaydıqlarını etiraf edib: "Həzm edə bilmirlər və hamının arxasınca min cür söhbətlər edirlər. Onların içində mən də varam. Bilirəm ki, mənim arxamca nə qədər söhbətlər gedir, nə qədər şayiələr, nə qədər yalanlar, nə qədər böhtanlar var. Məni həzm edə bilməyənlər var. Niyə Vasif Məhərrəmli əməkdar artistdir? Əmək sərf edib olub əməkdar artist də. Sən də sərf elə, ol!"

Gözü yüksəklərdə olub özündən başqasını tanımayan və "mənəm mənəm" deyənləri isə sənətçi tənqid atəşinə tutdu: "Çəkmə paxıllıq. İşlə məşğul ol! Mən kiminsə getdiyi toyları sayası deyiləm ki. Bir müğənni populyar olsun, sevilsin, tanınsın, toya getməsin, o zaman bütün müğənnilər başının tacı olacaq. Bir müğənni tanınsın, populyar olsun, toylara getsin, bütün müğənnilərin düşməni olacaq. Bu, danılmaz faktdır. Bəzi müğənnilər, hətta onların əksəriyyəti deyirlər ki, kaş bütün müğənnilər qırılaydı, yüz toyun yüzünə də mən musiqiçi qoyaydım, hərəsində də gedib on dəqiqə oxuyaydım, hamısı mənim olaydı". Vasif Məhərrəmli ilə olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz. Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.


Xəbərə aid foto