Bu marşrut xətti üzrə avtobusların hərəkətində DƏYİŞİKLİK EDİLDİ


Digərləri 01 Fev 2018 12:48:00 222 0

Bu marşrut xətti üzrə avtobusların hərəkətində DƏYİŞİKLİK EDİLDİ

125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə Son.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bu marşrut üzrə avtobuslar "Lökbatan" Nəqliyyat Mübadilə Mərkəzinə gedərkən 20-ci sahədəki dairədən geri qayıdaraq yeni salınan yoldan "Bibiheybət yolu"na çıxmaqla ("Jurnalistlər binası"nın qarşısındakı yol) müəyyən edilən xətt üzrə hərəkətinə davam edəcək.

Dəyişiklik nəticəsində "Bibiheybət yolu" ətrafında çoxsaylı yaşayış binalarının sakinlərinin, Bakı Ali Neft məktəbinin kampusunun müəllim və tələbə heyətinin, eləcə də həmin ərazidə olan iaşə obyektlərindən istifadə edən əhalinin müntəzəm marşrut xətti ilə "28 May" metrostansiyası - "Lökbatan" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirilməsi təmin ediləcək.