İngilis klublarından qış transfer pəncərəsində 2 rekord


İdman 01 Fev 2018 12:40:00 280 0

İngilis klublarından qış transfer pəncərəsində 2 rekord

Avropada qış transfer pəncərəsi fevralın 1-də bağlandı. Bu müddətdə transfer bazarında ingilis klubları xüsusi fəallıq göstərib. Goal.az xəbər verir ki, onların transfer xərcləri 430 milyon funt təşkil edib. Bu göstərici yeni rekorddur. Əvvəlki rekord 2011-ci ilin qışında qeydə alınmışdı - 225 milyon funt. Ən bahalı transferlər Virqil Van Deyk ("Southampton" - "Liverpool", 75 mln), Emerik Laport ("Athletic" - "Manchester City", 57 mln), Pyer-Emerik Obameyanq ("Borussia dortmund" - "Arsenal", 56 mln) olub.  Premyer Liqa klublarının futbolçu satışında əldə etdiyi vəsait 340 milyon funtdur. Bu da qış transfer pəncərəsi üçün rekord hesab olunur.