Milli Məclisin komitə sədri amnistiya aktının qəbul edilməsi üçün Prezidentə müraciət edib


Digərləri 01 Fev 2018 12:20:08 197 0

Milli Məclisin komitə sədri amnistiya aktının qəbul edilməsi üçün Prezidentə müraciət edib

Siyavuş Novruzov: "Prezident İlham Əliyevdən növbəti amnistiya aktının qəbul edilməsinı xahiş edirəm"

“Bu il Heydər Əliyevin anadan olmasının 95 illiyidir. Bu gün qeyd edilməlidir”.

“Report”un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O xatırladıb ki, indiyə qədər Azərbaycanda 63 əfv fərmanı və sərəncamı imzalanıb, 11 amnistisaya qərarı verirlib.

S.Novruzov Prezident İlham Əliyevə müraciət edərək növbəti amnistiya aktının qəbul edilməsinı xahiş edib. O qeyd edib ki, bu il həm ümumilli lider Heydər Əliyevin 95 illiyi, Azərbaycan Xalq Cümhurriyyətinin 100 illik yubileyidir: “Bu amnistiya aktı Qarabağ müharibəsində iştirak edənlərə, himayəsində azyaşlı uşaq olan qadınlara, yaşı 70-dən çox olan şəxslərə, radikal dini cərəyanlara qoşulmamamış dindarlara şamil edilməlidir”.

Komitə sədri deyib ki, Azərbaycanda siyasi məhbus yoxdur: “Azərbaycandakı siyasi partiyalar, hüquq müdafiə təşkilatları sübut edib ki, siyasi məhbus siyahıları saxtadır. Azərbaycanda sözə, siyasi baxışa görən həbs edilən yoxdur. Bəzi beynəlxalq təşkilatlar bundan istifadə etməyə cəhd göstərirlər. Bəzən adı 3 adamın yanında hallanmayan şəxsi prezidentliyə namizəd kimi təqdim edirlər. Biz bütün bunlara son qoymalıyıq”.