Qaçqın düşərgəsində PARTLAYIŞ:


Dünya 01 Fev 2018 12:10:00 274 0

Qaçqın düşərgəsində PARTLAYIŞ:

Nigeriyanın şimal-şərqində partlayış baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Borno ştatında qaçqın düşərgəsində qeydə alınıb.

Məlumata görə, partlayış nəticəsində azı 5 nəfər həlak olub, 40-a yaxın şəxs yaralanıb.

Qeyd olunur ki, partlayışı düşərgə ərazisinə daxil olan iki intiharçı-terrorçu törədib.