Parlamentin İntizam və Hesablayıcı komissiyalarının tərkibi təsdiqlənib


Digərləri 01 Fev 2018 12:08:15 240 0

Parlamentin İntizam və Hesablayıcı komissiyalarının tərkibi təsdiqlənib

Komissiyaların tərkibi dəyişdirilməyib

Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilən plenar iclasında parlamentin İntizam və Hesablayıcı komissiyalarının tərkibi təsdiqlənib.

“Report”un xəbərinə görə, İntizam komissiyasının tərkibinə deputat Ağacan Əbiyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə daxildir.

Parlamentin Hesablayıcı komissiyasının tərkibi də belədir: Deputat Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Sədaqət Vəliyeva və Mixail Zabelin daxil edilir.

İntizam komissiyası və Hesablayıcı komissiyanın tərkibi dəyişdirilməyib.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.