Nazir müavini: "Etiraf edək ki, elmdə gəncləşmə istədiyimiz səviyyədə deyil"


Digərləri 01 Fev 2018 11:54:00 261 0

Nazir müavini: "Etiraf edək ki, elmdə gəncləşmə istədiyimiz səviyyədə deyil"

Azərbaycanda həyata keçirilən dövlət siyasətinin birinci məqsədi gəncləri elmə gəlməyə həvəsləndirmək, ikinci məqsəd isə elmdə olan gənclərə dəstək verməkdir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

Onun sözlərinə görə, şagirdləri elmə gəlməyə həvəsləndirmək məqsədilə bir çox müsabiqələr keçirilir.