"Mənim ilk qrantım" müsabiqəsi üzrə qalib layihələrin təqdimatı olub


Digərləri 01 Fev 2018 11:59:16 209 0

"Mənim ilk qrantım" müsabiqəsi üzrə qalib layihələrin təqdimatı olub

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi Gənc alim və mütəxəssislərin 4-cü xüsusi – “Mənim ilk qrantım” müsabiqəsi üzrə qalib layihələrin rəhbərləri ilə təqdimat xarakterli görüş keçirilib.

Bakı. İlhamə İsabalayeva -Trend : Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi Gənc alim və mütəxəssislərin 4-cü xüsusi – “Mənim ilk qrantım” müsabiqəsi üzrə qalib layihələrin rəhbərləri ilə təqdimat xarakterli görüş keçirilib. Trend-in məlumatına görə, təqdimat mərasimində çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev qeyd edib ki, Elmin İnkişafı Fondu mütəmadi olaraq 35 yaşadək gənc alim və mütəxəssislər üçün qrant müsabiqələri keçirir, bu ənənə müxtəlif formatlarda bu gün də davam etdirilir. E.Babayev deyib ki, gənc alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsi çərçivəsində 25, 2-ci müsabiqəsi üzrə 25 və 3-cü müsabiqəsi çərçivəsində 24 layihə qalib elan edilib, ötən illər ərzində bu layihələr uğurla yerinə yetirilib. Gənc alim və mütəxəssislərin 4-cü birgə qrant müsabiqəsi (“Mənim ilk qrantım”) isə Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyi tərəfindən birgə təşkil olunub. Müsabiqə ölkədə elmin inkişaf prioritetlərinə uyğun olaraq, Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyi arasında formalaşmış əməkdaşlıq əlaqələri, bu iki qurum arasında 2017-ci il 22 may tarixində imzalanmış Protokolun müddəaları nəzərə alınmaqla keçirilib.