Baş nazirin müavini: "Azərbaycan gənclərinin potensialı çox böyükdür"


Digərləri 01 Fev 2018 11:21:42 243 0

Baş nazirin müavini: "Azərbaycan gənclərinin potensialı çox böyükdür"

Azərbaycan gənclərinin potensialı çox böyükdür.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov 2 fevral - Gənclər Günü ilə bağlı keçirilən tədbirdə deyib.

Ə.Əhmədov bildirib ki, gənclər ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməlidirlər.

O, gəncləri sosial şəbəkədə fəal olmağa səsləyib: "Gənlərimiz hakim partiyanın layiqli davamçılarıdırlar. Gənclərimiz ölkənin şərəfinin qorunmasında sosial şəbəkənin imkanlarından istifadə etməlidirlər. Eyni zamanda, gənclər sosial mesajların cəmiyyətə çatdırılması üçün fəal olmalıdırlar. Əminəm ki, gənclər 2018-ci ilin onların qarşısında qoyduğu hədəflərin öhdəsindən uğurla gələcəklər".