Şakir Rəhimov: 2017ci il Bank Respublika üçün yetərincə uğurlu oldu


Digərləri 01 Fev 2018 10:50:00 293 1

Şakir Rəhimov: 2017ci il Bank Respublika üçün yetərincə uğurlu oldu

- Şakir müəllim, məlumdur ki, Bank Respublika 2017-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Yola saldığımız ili şəxsən Siz necə qiymətləndirirsiniz?

- Keçən ilin nəticələrinə görə bankın zərərlə üzləşdiyinə baxmayaraq, hesab edirəm ki, 2017-ci il bankımız üçün yetərincə uğurlu oldu. Biz ciddi struktur dəyişiklikləri və biznesin istiqamətləri üzrə dəyişikliklərin aparılmasına nail ola bildik. Düşünürəm ki, ən əsası isə, problemli kreditlərin həcmini minimum dərəcəyə endirməklə kredit portfelinin sağlamlaşdırılması istiqamətində aparılan işləri faktiki olaraq, tamamladıq. Vaxtı keçmiş borcların azalması ilə yanaşı, kredit portfelində qalan problemli hissəni il ərzində 15 mln. manatlıq ehtiyat yaratmaqla qarşılaya bildik.

Bu prosesin bankın kapitalına neqativ təsirini tənzimləmək məqsədilə səhmdarlar növbəti dəfə banka dəstəyini verib, kapitalın artımı barədə qərar qəbul etdilər. Bankın nizamnamə kapitalının artırılması istiqamətində aparılan proseslərin bitməsi isə, cari ilin 10 fevral tarixində nəzərdə tuturuq. Bu emissiyadan sonra bankın nizamnamə kapitalı 67,5 mln. manata çatdırılacaq. Bundan başqa, 2018-ci il ərzində kapitalın daha 20 mln. manat məbləğində artırmaqla bağlı səhmdarlar arasında razılıq əldə olunub.

Bankın maliyyə göstəricilərinə gəldikdə, onları diskret deyil, orta perspektivdə qiymətləndirmək gərəkdir. Əminəm ki, keçən il qoyduğumuz bünövrə bu və növbəti illərin maliyyə göstəricilərinə müsbət təsir edəcək.

- 2017-ci ilin uğulu ilolduğunu qeyd etdiniz. Ötən ilin hansı göstəricilərini xüsusi vurğulaya bilərdiniz?

- Yuxarıda qeyd etdiyim kredit portfelinin sağlamlaşdırılması ilə yanaşı, bankın komandası demək olar ki, biznesin bütün sahələrin ininkişafı üzrə böyük işlər görüb. Bankın müxtəlif növ məhsullarından istifadə edən müştərilərin sayı artıb, 2017-ci ilin ikinci yarısından isə devalvasiyadan sonra ilk dəfə olaraq, kredit və deposit portfelinin artımı müşahidə olunur. İlin sonunda "Xoşgəldin" kampaniyası uğurla keçirə bildik. Kampaniya müddətində biz müştərilərə bank hesablarının açılmasını və bütün əməliyyat məhsullarından 1 ay pulsuz istifadə təklif etdik ki, müştəri özü xidmət səviyyəsinə qiymət versin və öz şəxsi təcrübəsinə arxalanıb hansı bankla işləmək istədiyinə qərar versin. Əlavə edim ki, bu kampaniya ilə gələn müştərilərin böyük əksəriyyəti bizimlə qaldı və Bank Respublikanın uzunmüddətli partnyoru oldu.

Xüsusi qeyd etmək istəyirəm ki, risklər və daxili audit departamentində yenidənqurma işləri aprıldıqdan sonra, biz risk menecmenti üzrə siyasətimizi dəyişdik. Beləliklə də, əməliyyatlara nəzarət və kredit risklərinin idarə edilməsini bazardakı vəziyyətə uyğunlaşdıra bildik. Ən əsası isə, devalvasiya və onun fəsadlarından əldə olunan təcrübə nəzərə alınmışdır, və bu təcrübə bankı bazarda baş verə biləcək şoklar qarşısında daha da stressədavamlı olmasını təmin edəcək.

İnformasiya texnologiyalarının inkişafı istiqamətində də böyükişlər aparılıb, xüsusilə elektron xidmət və satış kanalları sahəsində. Biz əminik ki, müxtəlif sahələr üzrə ötən ildən başladığımız layihələr müştərilər tərəfindən layiqincə qiymətləndiriləcək, xidmətin keyfiyyəti və rahatlığını xeyli dərəcə yüksəldəcək. 2017-ci ildə əməkdaşlarımızın inkişafını dəstəkləməklə yanaşı, istedadlı və təcrübəli mütəxəssisləri banka cəlb edərək, komandamızı bir qədər də gücləndirə bildik.

Əlavə edim ki, hər bir uğurlu təşkilatın əsas kapitalı olan, insan resurslarımıza gələcəkdə də investisiyaların yatırılması siyasətini davam etdirəcəyik.

- 2018-ci il artıq başlayıb. Sizcə Bank Respublika buili necə başa vuracaq? Prioritetləriniz nə olacaq?


Xəbərə aid fotolar