Məzarlıqlarla bağlı qaydalar yaxın vaxtlarda təsdiqlənəcək


Digərləri 01 Fev 2018 10:40:00 245 1

Məzarlıqlarla bağlı qaydalar yaxın vaxtlarda təsdiqlənəcək

Baş nazirin müavini Əli Əhmədov məzarlıqlarla bağlı qaydaların qəbulunun gecikməsinə aydınlıq gətirib.

Son.az APA-ya istinadən xəbər verir ki, Ə.Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, sənəd konseptual olaraq hazırlanıb.

Baş nazirin müavini bildirib ki, sənədin son variantının hansı formatda ortaya çıxması ilə bağlı müxtəlif yanaşmalar olub: "Bununla əlaqədar bütün fərqli baxışlar uyğunlaşdırılıb. Sənəd yaxın vaxtlarda imzalanacaq".