Qara dənizdə göyərtəsində Azərbaycan vətəndaşları olan gəmi qəzaya uğrayıb


Sosial 01 Fev 2018 10:01:27 263 0

Qara dənizdə göyərtəsində Azərbaycan vətəndaşları olan gəmi qəzaya uğrayıb

Gəmi heyəti evakuasiya edilib

Qara dənizdə, Krım yaxınlığında Moldovanın quru yük gəmisinin korpusu zədələnib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, agentliyin mənbəyi Moldova bayrağı altında üzən "Berq" gəmisinin göyərtəsində 12 nəfərin olduğunu bildirib.

Ekipaj heyətinə Ukrayna və Azərbaycan vətəndaşları daxildir. Gəmi heyəti evakuasiya edilib, quru yük lövbərdədir, korpus yoxlanılır. Hadisənin başvermə səbəbləri dəqiqləşdirilir.