Nazir erotika göstərilən "dini" veriliş haqda: "Baxanda tüklərimiz bizbiz olur" FOTO


Dünya 01 Fev 2018 09:58:00 330 0

Nazir erotika göstərilən "dini" veriliş haqda: "Baxanda tüklərimiz bizbiz olur"  FOTO

Adnan Oktar əvvəllər masonluq və yəhudilərlə bağlı kitab hazırlayan qrupa başçılıq edib.

Türkiyənin Dəyanət İşləri naziri professor Ali Erbaş mətbuat konfransında çıxışı zamanı "ilahiyyatçı" Adnan Oktarla bağlı açıqlama verib.

Son.az Milliyet-ə istinadla xəbər verir ki, o, verilişi bağlamaq səlahiyyətinin Dəyanət İşləri Nazirliyinə aid olmadığını söyləyib.

"Biz də baxanda tüklərimiz biz-biz olur. O, kanala baxmaq düzgün deyil. Adnan Oktar əvvəllər masonluq və yəhudilərlə bağlı kitab hazırlayan qrupa başçılıq edib. İndi özü mason olduğunu etiraf edir. Yəhudilər və masonları təhqir etdyinə görə pulla cərimələnib. 80-ci illərdə Atatürkü təhqir etdiyinə görə həbs olunub. Amma indi özünü ən öyük Atatürkçü kimi tanıdır. Psixologiyası pozulub. Amma o kanalı bağlamaq bizim səlahiyyətimizdə deyil".


Xəbərə aid foto