Televziya verilişlərində ədəbi dil normalarına riayət olunması ilə bağlı monitorinqlər başlayır


Sosial 01 Fev 2018 09:22:00 270 0

Televziya verilişlərində ədəbi dil normalarına riayət olunması ilə bağlı monitorinqlər başlayır

"Monitorinqə əsasən xəbər proqramları və geniş auditoriyası olan müxbirlər monitorinqə cəlb olunacaq"

"Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu televiziya verilişlərində ədəbi dil normalarına riayət olunması ilə bağlı növbəti monitorinqlərə mart ayında başlayacaq".

Bu barədə "Report"a açıqlamasında Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva deyib.

Şöbə müdirinin sözlərinə görə, bu il yenilik odur ki, monitorinqlərə region televiziyaları daxil ediləcək: "Monitorinqə əsasən xəbər proqramları və geniş auditoriyası olan müxbirlər monitorinqə cəlb olunacaq".

O xatırladıb ki, 2017-ci ildə şöbənin əməkdaşları bir neçə televiziyada treninq keçiblər: "Tovuzda və Gəncədə region televiziyalarında da olduq. Bu iki rayonun televiziyalarında müşahidə etdik ki, olduqca savadlı, çox zəngin dil səviyyəsi olan aparıcı və müxbirlərimiz var. Onlar öz üzərilərində daha çox işləyirlər".