DİN: Ötən gün ölkədə 131 cinayət faktı qeydə alınıb


Sosial 01 Fev 2018 08:58:00 264 0

DİN: Ötən gün ölkədə 131 cinayət faktı qeydə alınıb

Onların 34-ü “isti izlər”lə açılıb

Yanvar ayının 31-dən fevral ayının 1-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Report”a daxil olan məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 131 cinayət faktı qeydə alınıb, onların da 34-ü “isti izlər”lə açılıb. Axtarışda olduğuna görə 22 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.