Çavuşoğlu və Tillerson arasında telefon danışığı olub


Dünya 01 Fev 2018 08:53:00 217 0

Çavuşoğlu və Tillerson arasında telefon danışığı olub

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

Son.az Trend-ə istinadən bildirir ki, telefon dnışığı zamanı tərəflər Suriya Milli Dialoq Konqresini, Suriyada aparılan "Zeytun budağı" əməliyyatını və İraqdakı vəziyyəti müzakirə ediblər.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.