Chrome OSla işləyən ilk planşet hazırlanıb


Digərləri 01 Fev 2018 08:55:00 295 0

Chrome OSla işləyən ilk planşet hazırlanıb

Londonda keçirilən "BETT 2018"  sərgisinin ziyarətçilərindən biri əvvəllər yalnız noutbuklara quraşdırılan "Chrome OS" əməliyyat sisteminin idarəetməsi altında işləyən ilk  planşetin təsvirini dərc edib.

Son.az ICTnews-a istinadən bildirir ki, bu planşetlə bağlı heç bir məlumat yoxdur. "ChromeUnboxed" nəşri yazır ki, planşetin ekranının ölçüsü təxminən 8-10 düym olar. Həmçinin qurğu "Staedtler" stilusunun köməyi ilə daxiletməni dəstəkləyir.

"Google" artıq 1 il olar ki "Chrome OS" əməliyyat sisteminin planşetlər üçün uyğunlaşdırılması ilə məşğul olur. Planşet istehsalı ilə internet nəhənginin özü və ya tərəfdaşların məşğul olacağı məlum deyil. Bundan başqa, son ildə "Chrome OS" ilə işləyən planşet istehsal edilməyib.